Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin altıncı dəfə prezident ola bilər, özü açıqladı

Putin altıncı dəfə prezident ola bilər, özü açıqladı

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Konstitusiyanın onun növbəti prezident seçkilərində iştirak etməsinə imkan verməsinə baxmayaraq, bu perspektivlər barədə danışmaq hələ tezdir.

“Doğrudan da, Konstitusiya 2030-cu ildə namizədliyimi irəli sürməyə imkan verir, amma məncə, bu barədə danışmaq hələ tezdir, çox tezdir”, – Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, hazırda bu barədə düşünmür, çünki ölkə qarşısında çoxlu böyük, genişmiqyaslı və kəskin məsələlər dayanır.

“Sabaha, birigünə qədər sağ çıxıb-çıxmayacağımızı, qarşımıza qoyduğumuz məqsədlərə nail olmağa sağlamlığımızın çatıb-çatmayacağını yalnız Tanrı bilir”, – deyə Rusiya lideri qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də