
Yaşamaq hər şeyə rəğmən, elə gözəldir ki…
Çətin, çox çətin bir dövrdən keçirik, gələcək günlərimiz, bəlkə də, daha çətin olacaq.
Son zamanlar ard-arda baş verən intiharlar cəmiyyət olaraq o çətin günlərə psixoloji cəhətdən hazır olmadığımızı göstərir.
Lakin nə olur olsun, nə yaşayırıq yaşayaq, ilk əl çəkdiyimiz şey canımız olmasın. Can sağlığını əldə etmək o qədər çətin ikən, problemlər qarşısındakı seçimimiz ondan keçmək olmasın.
Bəlkə, indi bəziləriniz bu sözləri oxuyarkən "Rahat deyirsən də, nə yaşamısan ki?!" deyə düşünürlər.
Hamımız yaşamışıq, hər birimiz özlüyümüzdə o düşüncəni beynimizdən, bir saniyəlik belə olsa, keçirəcək nələrsə görmüşük həyatda. Amma o ani düşüncəyə milyonlar versək, ala bilməyəcəyimiz canımızı qurban etməmişik, bundan sonra da etməyək!
Yaşamaq gözəldir, həm də hər şeyə rəğmən!