Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qırğızıstan ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi

Qırğızıstan ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Baş Assambleyadakı səsvermədə ölkə Təhlükəsizlik Şurasındakı yer uğrunda Filippinlə mübarizə aparıb.

2027-ci il yanvarın 1-dən etibarən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzv qismində Təhlükəsizlik Şurasına daxil olacaqlar.

Bu ölkələr qurumda səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də