Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mİ6-nın keçmiş rəhbəri vəfat etdi

Mİ6-nın keçmiş rəhbəri vəfat etdi
Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Aleks Yanqer (2014-2020) 62 yaşında vəfat edib.

Bu barədə "İndependent" qəzeti məlumat yayıb.

Yanqer təxminən 30 il Britaniya kəşfiyyatında xidmət edib. O, Avropada və Yaxın Şərqdə müxtəlif vəzifələr tutub, həmçinin Mİ6-nın Əfqanıstandakı bürosunun rəisi vəzifəsində çalışıb.

Təqaüdə çıxdıqdan sonra o, mediada cari siyasi hadisələrə şərhlər verib. Keçən il ona prostat xərçəngi diaqnozu qoyulub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də