
RegionTV.info Sonxeber.az-a istinadən xəbər verir ki,bu barədə deputat Azər Badamov bildirib ki, son günlər koronavirus infeksiyasına yoluxmaların dinamikasında azalmaların olması ölkədə tətbiq olunmuş sərt karantin rejiminin müsbət nəticəsidir:
"Operativ Qərargah 25 yanvardan başlayaraq mərhələli şəkildə tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar edir. Təbii ki, bütün sahələrin fəaliyyətinə bir gündə icazə vermək də düzgün olmazdı. Çünki yoluxmalarda azalmalara nail olmaq üçün insanların nə qədər əziyyət çəkdiyini yaddan çıxarmamalıyıq. Ona görə də biz səbirlə Operativ Qərargahın qərarlarını gözləməliyik. Təbii ki, 1 fevraldan da müəyyən sahələrin fəaliyyətinə icazə verilir. Həm də artıq ölkədə kütləvi şəkildə koronavirusa qarşı peyvəndlənmə aparılır. Peyvəndlənmə aparılsa da, hələlik hamı tibbi maska taxmalı və müəyyən olunmuş normalara əməl etməlidir. Biz müəyyən olunmuş qaydalara hamılıqla ciddi riayət etsək ölkəmiz tezliklə pandemiya ilə vidalaşa bilər. Pandemiyaya qalib gəlməyimiz həyatımızın öz ritminə qayıtması, o cümlədən iri ticarət mərkəzlərinin də fəaliyyətinin bərpası deməkdir".