Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Rusiyada artıq avqust ayına qədər benzin qıtlığının yaranacağı ilə bağlı məlumatlar yayılıb.

Hazırda ən ciddi problemlər işğal altında olan Krımda müşahidə olunur. Bununla yanaşı, Kursk, Belqorod vilayətləri və Moskva ətrafından da yanacaq təchizatında fasilələrlə bağlı xəbərlər gəlir.

Məlumata görə, bəzi regionlarda yanacaq satışına məhdudiyyətlər tətbiq edilir. Əsas problem benzin istehsalı ilə deyil, onun daşınması və bölgələrə çatdırılması ilə əlaqələndirilir.

Krımda yaranan qıtlığın əsas səbəbi kimi “Novorossiya” magistralı üzrə yanacaq tədarükündə baş verən fasilələr göstərilir. Bu səbəbdən bəzi məntəqələrdə benzin talon sistemi və ya müəyyən limitlər əsasında satılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də