Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vaxtilə prezidentin iqamətgahı idi – indi isə...

Gürcüstan Xarici İşlər Nazirliyi 2026-cı ilin mart ayından etibarən Tiflisin Avlabari rayonunda yerləşən və vaxtilə ölkənin üçüncü prezidenti Mikheil Saakaşvilinin iqamətgahı kimi istifadə olunan binada fəaliyyət göstərməyə başlayıb.

Qurum köçürülmənin dövlət müəssisələrinin yerləşdirilməsinin optimallaşdırılması və əmək şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirildiyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, binanın tam şəkildə Xarici İşlər Nazirliyinin istifadəsinə verilib-verilməyəcəyi ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.

Hal-hazırda Gürcüstan prezidentinin rəsmi iqamətgahı Tiflisin Atoneli küçəsində yerləşir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də