Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİQQƏT: "Instagram" hesabları ələ keçirilir

DİQQƏT: "Instagram" hesabları ələ keçirilir
Texnologiya şirkəti "Meta"nın inkişaf etdirdiyi süni intellekt söhbət robotu "Instagram"dakı hesabların ələ keçirilməsində istifadə edilib.

 "Instagram" hazırda bu problemin aradan qaldırıldığını açıqlayıb.

Hesabların ələ keçrilməsi isə bu formada həyata keçirilib:

"Söhbət robotundan müəyyən bir hesabı yeni bir e-poçt ünvanı ilə əlaqələndirməsi istənilib. Süni intellektin yeni ünvana göndərdiyi təsdiqləmə kodu ilə hesabların şifrələri yenilənib. Bu müddətdə "Meta"nın təhlükəsizlik tədbirlərindən yayınmaq üçün VPN vasitəsilə məkanlar fərqli göstərilib və bir çox hesab ələ keçirilib".

Bu üsulla ələ keçirilən hesablar arasında ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentlik dövründə istifadə etdiyi rəsmi "Instagram" səhifəsi də var.

"Meta"dan bildirilib ki, təhlükəsizlik boşluğunun fərqinə varıldıqdan sonra problem aradan qaldırılıb və təsirlənən hesabların bərpası üçün işlərə başlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də