Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan “Lovain” hava xəttində təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də