Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq etdi

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq etdi

"İran Livanda eskalasiyanın daha da artmasına yol verməyəcək".

Bunu İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezai "X" sosial şəbəkəsində yazıb.

"Hörmüz boğazı İranın nəzarəti altındadır. Biz ABŞ tərəfindən dəniz blokadasının davam etdirilməsinə imkan verməyəcəyik və Livanda eskalasiyanın daha da artmasına dözməyəcəyik. İran İslam Respublikası Silahlı Qüvvələrinin səbri sonsuz deyil", - deyə o vurğulayıb.

Daha əvvəl İranın "Tasnim" agentliyi məlumat yaymışdı ki, İsrailin Livan ərazisinə endirdiyi zərbələr səbəbindən İran danışıqlar prosesi çərçivəsində ABŞ ilə mesaj mübadiləsini dayandırır.

Məlumata görə, Tehran İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılmayana və zərbələr dayandırılmayana qədər Vaşinqtonla danışıqları bərpa etməyəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də