Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cüdoçularımız Avropada 5 medal qazandılar

Cüdoçuarımız Avropada 5 medal qazandılar

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib. Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub.

Roman Qarayev (81 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışın ilk günündə Məhəmməd Musayev (-66 kq) qızıl medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də