Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski: Müharibənin həlli üçün fürsət yaranıb

Zelenski: Müharibənin həlli üçün fürsət yaranıb

“Rusiya döyüş meydanında təşəbbüsü itirməyə davam edir və buna görə də müharibənin diplomatik həlli üçün fürsət yaranıb”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

Zelenskinin sözlərinə görə, 2025-ci ilin dekabrından etibarən Rusiya döyüş meydanında təşəbbüsü itirməyə başlayıb. O qeyd edib ki, 2026-cı ilin yanvar ayında amerikalı tərəfdaşlarına danışıqlar üçün bir pəncərə olduğunu deyib, çünki ruslar hər ay getdikcə daha çox hərbçi itirəcəklər.

Zelenski onu da vurğulayıb ki, hazırda Rusiya bir ay ərzində Ukrayna qoşunlarının azad etdiyindən daha çox ərazini işğal edə bilməz.

"Buna görə də, inanıram ki, gələn qışa qədər diplomatik bir həll yolu tapmalıyıq - oturub danışmalıyıq. Lakin bu, Putinə öz cəmiyyətinin daxili təzyiqindən, eləcə də ABŞ və Avropanın Rusiyaya sanksiyalarla təzyiqindən asılıdır", - Zelenski əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də