Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Myanmada partlayış oldu, 45 ölü var

Myanmada partlayış oldu, 45 ölü var

Myanmanın Namxam yaşayış məntəqəsində baş verən güclü partlayış nəticəsində 45-dən çox insan həyatını itirib, onlarla şəxs yaralanıb.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışın dağ-mədən fəaliyyəti üçün saxlanıldığı ehtimal edilən partlayıcı maddələrin olduğu binada baş verdiyi bildirilir.

Hadisə nəticəsində 45-dən çox insan həlak olub.

Bundan əlavə, təxminən 70 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilir.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə yerində xilasedici və tibbi xidmət əməkdaşları fəaliyyət göstərirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də