Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Maltadakı seçkilərdə leyboristlər qələbə qazandı 

Maltadakı seçkilərdə leyboristlər qələbə qazandı 

Maltanın Baş naziri Robert Abelanın lideri olduğu hakim Leyborist Partiyası parlament seçkilərində qalib gələrək hökumətin formalaşdırılması üçün ardıcıl dördüncü mandatı əldə edib.

R. Abela partiyanın "güclü mandat" qazandığını bəyan edib.

"Bu, bütün xalqın qələbəsidir və vətəndaşlar üçün təqdim etdiyimiz proqrama əsaslanır", – o, jurnalistlərə deyib.

Yerli medianın məlumatına görə, Leyborist Partiyası parlamentdə çoxluğu təmin edib.

Müxalifət Milli Partiyasının baş katibi Çarlz Bonello məğlubiyyəti etiraf edərək qeyd edib ki, hakim partiya ilə səs fərqi əhəmiyyətli dərəcədə azaldılıb.

Seçkilərdə iştirak 87,4% təşkil edib ki, bu da əvvəlki səsvermə göstəricisindən bir qədər yüksəkdir.

R. Abelanın bazar ertəsi səhər and içməsi gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də