Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yaponiya silahlanma ittihamlarını rədd etdi

Yaponiya silahlanma ittihamlarını rədd etdi

Şinciro Koizumi Yaponiyanın “yeni militarizm” (silahlanma) siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib.

 Yaponiya müdafiə naziri bu fikirləri Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda səsləndirib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir.

“Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, - deyə Koizumi bildirib.

O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir.

“Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur, amma buna baxmayaraq Yaponiya ittiham edilir”, - deyə nazir vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də