
Müğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
O, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Səmimi qarşılamalarına, Azərbaycan musiqisinə olan sevgisinə görə Çeçenistan rəhbəri Ramzan Kadırova dərin minnətdarlığımı bildirirəm.
Bu, mənim üçün böyük şərəf və fəxrdir” , - deyə paylaşımda qeyd edib.


