Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurdlardan qoruyan qoyun zirehi düzəldildi, heyvansevərlər ayağa qalxdı - Video

Avstriyada qoyunları mümkün qurd hücumlarından qorumaq məqsədilə hazırlanmış xüsusi qoruyucu geyim müzakirələrə səbəb olub.

Karintiya bölgəsindən olan bir ixtiraçı qoyunlar üçün xüsusi müdafiə kostyumu hazırlayıb. Layihənin görüntüləri ictimaiyyətə təqdim edildikdən sonra Avstriya Heyvanların Mühafizəsi Cəmiyyəti məsələ ilə bağlı hüquqi prosedura başlayıb. 

Təşkilat geyimin heyvanların hərəkət azadlığını məhdudlaşdıra biləcəyini əsas gətirərək, Heyvanların Mühafizəsi Qanununun pozulması ehtimalı ilə əlaqədar şikayət verib.

Bununla yanaşı, qoruyucu kostyumun həqiqətən qanun pozuntusu hesab olunub-olunmayacağı hələlik məlum deyil. Hazırda məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də