“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Dənizçilər poliklinikası” MMC ləğv olunduğunu elan edib.
RegionTV.info “report”a istinadən xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, sözügedən şirkət vaxtilə ASCO-nun balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş, hazırda Dövlət Gömrük Komitəsinin balansında olan “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.
Xəbəri paylaş