Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Güclü külək ağacı "Mercedes"in üzərinə aşırdı

Güclü külək ağacı "Mercedes"in üzərinə aşırdı

Göyçay rayonunda müşahidə olunan küləkli hava şəraiti bır sıra fəsadlara yol açıb.

Külək rayonun müxtəlif ərazilərində iri və xırdagövdəli ağacların aşmasına səbəb olub.

Nizami küçəsində isə çinar ağacı rayon sakini Mirzəliyev Mahir Əlibayram oğluna məxsus "Mercedes" markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisi, eləcə də Göyçay Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub. Xüsusi texnikaların köməyi ilə aşmış ağac hissələrə bölünərək ərazidən götürülüb.

Digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Burada irigövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq onu uçurub.

Eyni zamanda, güclü külək rayonun bir neçə ərazisində elektrik xəttlərinə ziyan vurub.

Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülür, aşmış ağacların yollardan götürülməsi istiqamətində işlər davam etdirilir.

(Report)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də