Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğuzda ağac aşdı, 15 kənd işıqsız qaldı

Oğuzda ağac aşdı, 15 kənd işıqsız qaldı

Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik veirlişində problem yaşanır.

Külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.

Hadisələr səbəbindən Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də