Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı–Supsa marşrutu nəzərdən keçirilir

Bakı–Supsa marşrutu nəzərdən keçirilir

Qazaxıstan enerji naziri Erlan Akkenjenov bildirib ki, ölkənin xarici bazarlara neft ixracı üçün hazırda alternativsiz marşrutu Xəzər Boru Kəməri Konsorsiumudur (KTK), lakin Astana əlavə ixrac yollarını da nəzərdən keçirməyə hazırdır.

Nazir jurnalistlərə açıqlamasında Bakı–Supsa neft kəmərinin də mümkün variantlardan biri olduğunu deyib.

“Tarifi deyə bilmərəm, Azərbaycan tərəfi ilə rəsmi danışıqlar olmayıb. Amma bir daha təkrar edirəm, belə imkan yaranarsa, Qazaxıstan bütün əlavə marşrutları nəzərdən keçirəcək”, – Akkenjenov bildirib.

Nazirin sözlərinə görə, Qazaxıstan neft ixracında alternativ istiqamətlərin genişləndirilməsi imkanlarını diqqətdə saxlayır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də