Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏCİLİ: Netanyahu orduya ƏMR VERDİ: Bu ərazilər nəzarətə götürülür

İsrailin baş naziri Benyamin Netanyahu ordunun Qəzza zolağı ərazisinin 70 faizini nəzarətə götürməsi barədə tapşırıq verdiyini bəyan edib.

Hökumət başçısı bu barədə İordan çayının qərb sahilində keçirilən konfransdakı çıxışı zamanı bildirib.

Məlumatı CNN telekanalı yayıb.

Netanyahunun sözlərinə görə, İsrail anklav üzərindəki nəzarətini mərhələli şəkildə gücləndirir. Hazırda İsrail ordusu Qəzza ərazisinin 60 faizinə nəzarət edir, bundan əvvəl isə bu göstərici 50 faiz təşkil edirdi.

"Mənim göstərişim addım-addım irəliləməkdir, ilk növbədə bu nəzarəti 70 faizə çatdırmalıyıq", - deyə baş nazir çıxışında vurğulayıb.

CNN-in hesabatında həmçinin qeyd olunur ki, aprelin sonunda İsrail Müdafiə Ordusu (IDF) beynəlxalq humanitar təşkilatlar arasında xəritələr paylaşıb.

Həmin sənədlərə əsasən, İsrail hərbçilərinin nəzarətində Qəzza ərazisinin təxminən 64 faizi olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də