Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu qanunu pozanlar 5 min manatadək cərimələnəcək

Bu qanunu pozanlar 5 min manatadək cərimələnəcək

Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir.

Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 439-3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də