Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili məhkəməyə yeni imicdə qatılıb.
Yerləşdirilən fotoşəkildə keçmiş prezident vışivankaya (Ukrayna milli geyimi) bənzəyən, qırmızı naxışlı ağ köynəkdə əks olunub. Saakaşvili, həmçinin başında kazak hörüklü saç forması ("çub") uzadıb. Gürcü siyasətçi bu yeni imicində növbəti məhkəmə iclasına qatılıb.
Xatırladaq ki, Mixeil Saakaşvili 2021-ci ildən Gürcüstanda həbs cəzası çəkir.


