Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Barda partlayış oldu, 7 yaralı var

Barda partlayış oldu, 7 yaralı var

İspaniya paytaxtı Madridin barlarından birində güclü partlayış baş verib.

Bu barədə Madridin Təcili Yardım Xidməti məlumat yayıb. Məlumata görə hadisə nəticəsində biri ağır olmaqla yeddi nəfər yaralanıb.

“El Pais” qəzetinin məlumatına əsasən, partlayışdan sonra binada yanğın meydana gəlib. Hadisə yerinə gələn yanğın-mühafizə briqadası alovu bir müddətdən sonra söndürməyə nail olub.

İlkin ehtimala görə, insident iaşə obyektinin soyuducu kamerasının təmiri zamanı baş verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də