Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha bir nəfərdə hantavirus aşkarlandı

Daha bir nəfərdə hantavirus aşkarlandı
İspaniya Səhiyyə Nazirliyi "MV Hondius" kruiz gəmisindən təxliyə edildikdən sonra karantinə alınan İspaniya vətəndaşının hantavirus testinin müsbət çıxdığını açıqlayıb.

Xəstə ixtisaslaşmış tibbi nəzarət altında saxlanılacaq.

Mayın 11-i axşamı "MV Hondius" gəmisi Kanar adalarının Tenerife şəhərindən Niderlanda yola düşüb. Mayın 22-də ÜST gəmidə 12 hantavirus xəstəsinin olması barədə məlumat verib. Xəstəlikdən üç nəfər ölüb, bir xəstə Yohannesburqda xəstəxanaya yerləşdirilib.

Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin insanlara da ötürülə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş şəxslər ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma ilə üzləşirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də