Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hər azərbaycanlı ildə 128 kq çörək, 36 kq ət yeyir - SİYAHI

Hər azərbaycanlı ildə 128 kq çörək, 36 kq ət yeyir - SİYAHI

Azərbaycanda ötən il ərzində ən çox istehlak olunan ərzaq məhsulları əsasən süd məhsulları, yumurta və çörək olub. Bəzi məhsullar üzrə artım müşahidə edilsə də, çörək və süd məhsullarının istehlakında azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə adambaşına ən çox istehlak olunan məhsul süd və süd məhsulları olub. Belə ki, ötən il bu göstərici 244,20 kiloqram olub.

Yumurta istehlakı ötən il adabambaşına 163 ədəd olub.

Ən çox istifadə edilən məhsullar sırasında çörək və çörək məmulatları da yer alıb. Bununla belə, burada azalma diqqət çəkib. Belə ki, 2024-cü ildə 131,51 kiloqram olan istehlak həcmi 2025-ci ildə 128,54 kiloqrama düşüb.

Tərəvəz və bostan bitkilərinin istehlakında artım qeydə alınıb. 2024-cü ildə adambaşına 113,41 kiloqram bitki istehlak edirdiksə bu göstərici ötən il 114,16 kiloqrama yüksəlib. Meyvə və giləmeyvə istehlakı da artaraq 84,51 kiloqramdan 85,01 kiloqrama çatıb.

Kartof istehlakında da cüzi artım müşahidə olunub. Belə ki, 2024-cü ildə adambaşına 77,76 kiloqram kartof istehlak edildiyi halda, 2025-ci ildə bu rəqəm 78,08 kiloqram olub.

Ət və ət məhsulları üzrə göstərici demək olar ki, sabit qalıb. İstehlak həcmi 36,07 kiloqramdan 36,13 kiloqrama yüksəlib. Balıq və balıq məhsullarında isə dəyişiklik qeydə alınmayıb və göstərici 7,81 kiloqram olaraq qalıb.

Qənd və qənnadı məhsullarına gəldikdə isə il ərzində adambaşına 31,26 kq istehlak etmişik. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də