Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşanın Böyük Qaladərəsinə həyat qayıdır - 14 ailə köçürüldü

Şuşanın Böyük Qaladərəsinə həyat qayıdır - 14 ailə köçürüldü

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb.

Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə (64 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də