
Hindistanda bir qadının dəfn mərasimi zamanı timsah insalanara hücum edib. Yırtıcı mərasim iştirakçıları arasıdan bir kişini tutaraq çaya sürükləyib və onu parçalrıb. Timsahın qurbanı dəfn mərasimi keçirilən mərhum qadının kürəkəni olub.
Bu barədə "The Times of India" qəzeti məlumat yayıb.
30 yaşlı kürəkən həyat yoldaşı və qızı ilə qayınanası Urmila Devinin dəfn mərasimində iştirak etmək üçün gəlibmiş.
Hadisə Qanqahara çayının sahilində, kremasiya mərasiminə hazırlıq zamanı baş verib. Timsah kişini başından tutub və onu heyvanın çənələrindən çıxarmaq mümkün olmayıb.
Parçalanmış əsədi günlər sonra, hadisə yerindən bir qədər aralıda tapıblar.


