
Nyu-Yorkdakı gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində bir nəfər həlak olub, 36 nəfər isə yaralanıb.
Bu barədə Associated Press (AP) agentliyi rəsmi mənbələrə istinadən məlumata verir.
Zərərçəkənlərin əksəriyyəti yanğınsöndürənlər və fövqəladə hallar xidmətinin əməkdaşlarıdır. Obyektdə yanğının söndürülməsi zamanı ikinci partlayış baş verib. Nəticədə bir neçə yanğınsöndürmə xidmətinin əməkdaşı və bir neçə mülki şəxs ağır xəsarətlər alıb, yaralanan mülki şəxslərdən biri sonradan dünyasını dəyişib.
Hadisə Steyten-Aylenddəki gəmi təmiri emalatxanasında qeydə alınıb. Nyu-York Yanğınsöndürmə Departamentinin məlumatına görə, yerli vaxtla saat 15:30 radələrində qapalı məkanda iki işçinin köməksiz vəziyyətdə qalması barədə çağırış daxil olub.


