Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alimlər ilan zəhərində yeni ümid tapdı – bu xəstəliyin müalicəsi üçün istifadə ediləcəkVİDEO

Peruda fəaliyyət göstərən serpentariumda aparılan elmi araşdırmalar çərçivəsində ilan zəhərinin xərçəng kimi ağır xəstəliklərin müalicəsində potensial istifadəsi öyrənilir.

Alimlər ilan zəhərinin tərkibində olan bioloji aktiv maddələrin farmakoloji imkanlarını araşdırırlar. Tədqiqatlar xüsusilə onkologiya sahəsində yeni müalicə üsullarının hazırlanmasına yönəlib. 

Məlumata görə, serpentariumda yalnız elmi fəaliyyət deyil, həm də maarifləndirmə proqramları həyata keçirilir. Burada cəmiyyətdə ilanlarla bağlı yanlış təsəvvürlərin azaldılması və təhlükəsiz davranış qaydalarının təbliği məqsədilə müxtəlif seminar və təlimlər təşkil olunur.

Mərkəzdə həm yerli sakinlər, həm də tələbələr üçün praktiki təqdimatlar keçirilir, ilanlarla təhlükəsiz birgə yaşayış mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət ayrılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də