Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında Azərbaycan idmançısı Ülviyyə Musayeva qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, gənc güləşçimiz finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə – 11:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Bu nəticə ilə Ülviyyə Musayeva U-15 yaş qrupunda Avropa çempionu olan ilk azərbaycanlı qadın güləşçi kimi tarixə düşüb.


