Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Aristotelin tərcüməsi üçün ayrılan vəsaitlə bağlı fırıldaqçılıq işi ilə əlaqədar axtarışlar aparılıb.
Bu barədə müxalif “meduza” saytı xəbər yayıb. Maraqlıdır ki, senasion bilgilər ilk olaraq, hökumətyönlü "zapiski traditsionalista" (Ənənəçinin qeydləri) və Aleksandr Duqinlə əlaqəli mediada yayanlanıb.
Məlumat görə, təhlükəsizlik qüvvələri institutda axtarışlar aparıblar. Ümumilikdə 10 alim Rusiya İstintaq Komitəsinə aparılıb və orada axşam saatlarına qədər dindiriliblər. Nəşr qeyd edir ki, bir neçə işçinin taleyi naməlum olaraq qalır, belə ki, onlar zənglərə cavab vermirlər.
Axtarışlardan sonra institutun işçilərindən biri Svetlana Mesyats saxlanılıb. İnstitutun veb saytında onun doktorluq namizədi və Aristotelin əsərlərinin yeni tam toplusunun hazırlanması layihəsinin rəhbəri kimi qeyd olunub.
Moskva Şəhər Məhkəməsinin məlumatına görə, Mesyats xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) və onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri görülüb.
İnstitutun direktoru vəzifəsini icra edən 87 yaşlı Rusiya Elmlər Akademiyasının akademiki Abdusalam Hüseynov da daxil olmaqla dindirildikdən sonra iltizam alaraq sərbəst buraxılıblar. Onlardan heç yerə getməmklə bağlı iltizam alındığı deyilir. “Meduza” A. Hüseynovla əlaqə saxlayıb, amma o, axtarışlar və dindirmələr barədə məlumatları nə təsdiq, nə də təkzib edib.
Rusiyadan kənarda yaşaşan filosof və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yuliya Sineokaya deyib ki, Fəlsəfə İnstitutunda 2018-2024-cü illər arasında Aristotelin toplu əsərlərinin nəşrinə hazırlıq üzərində çalışan bütün tədqiqatçıların, eləcə də institut rəhbərliyinin evlərində axtarışlar aparılıb. “Aydındır ki, bu iş siyasi motivlidir və iqtisadi komponent sadəcə bir bəhanədir”, - deyə xaricdəki filosof əlavə edib.

"Novaya qazeta”nın məlumatına görə, Mesyats və Hüseynov da daxil olmaqla yeddi institut işçisinin evlərində axtarışlar aparılıb. Aristotelin tam əsərlərini hazırlamaq üçün dövlət müqaviləsi üçün təxminən 52 milyon rubl aldığını aşkar ediblər. "Novaya qazeta"nın məlumatına görə, müstəntiqlər bildirilən nəticələrin əhəmiyyətli bir hissəsinin uydurma və ya layihənin əhatə dairəsi ilə əlaqəsiz olduğunu düşünürlər.
"Novaya qazeta- europa"nın baş redaktoru Kirill Martınov isə iddia edir ki, axtarışlara Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun keçmiş direktoru Anatoli Çernyayevin donosu səbəb olub.
Çernyayev Fəlsəfə İnstitutunun rəhbərliyini "LGBT təbliğatında", ailə institutunu və "nikah münasibətlərinin təməllərini" məhv etməkdə günahlandırıb.
Əbdusalam Hüseynov Dağıstanın Qasumkənd rayonunda anadan olub, milliyyətcə ləzgidir. Rusiya Elmlər Akademiyasının akademiki (2003, 1997-ci ildən müxbir üzv), fəlsəfə doktoru (1977), Lomonosov adına Moskva Dövlət Universitetinin professoru (1982) və Moskva Dövlət Universitetinin Etika kafedrasının müdiri (1996-cı ildən) olub.


