Banqladeşdə “Donald Tramp” ləqəbi ilə tanınan 700 kiloqramlıq albinos camış Qurban bayramında qurban kəsiləcək.
Heyvana bu ad onun görünüşünə görə verilib. Açıq rəngli tükləri və saç düzümünü xatırladan görnüşü səbəbindən camış ABŞ prezidenti Donald Trampa bənzədilib.
Bildirilir ki, iri çəkili heyvan 4 gün sonra Qurban bayramı münasibətilə qurban veriləcək. Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunur.






