Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan Karapetyanı hədələdi: “Məhkəmədə Çin göbələyi yeyəcəksən”

Paşinyan Karapetyanı hədələdi: “Məhkəmədə Çin göbələyi yeyəcəksən”

Ermənistanın Baş naziri Nikol Pashinyan “Güclü Ermənistan” Partiyasının lideri Edgar Karapetyan tərəfindən səsləndirilən iddialara sərt reaksiya verib.

Paşinyan Karapetyandan hakim “Vətəndaş sazişi” partiyası adından ona guya razılaşma təklif edən şəxsin adını açıqlamağı tələb edib.

Hazırda seçki kampaniyası ilə əlaqədar məzuniyyətdə olan baş nazir bildirib:

“De görək, bunu sənə kim təklif edib – adı, soyadı və harada işlədiyini açıqlayasan. Əgər deməsən… onda iştahanı hazır saxla, çünki məhkəmədə Çindən gətirilmiş göbələklər yeyib hallüsinasiyalar görəcəksən”.

Qeyd edək ki, Karapetyan daha əvvəl hakimiyyət tərəfindən ona müəyyən razılaşma təklif olunduğunu iddia etmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də