Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tevanyanın toxunulmazlığı ləğv edildi

Tevanyanın toxunulmazlığı ləğv edildi

Ermənistan Mərkəzi Seçki Komissiyası deputatlığa namizəd Andranik Tevanyan barəsində cinayət təqibinin başlanmasına razılıq verib.

Bu barədə Tevanyan jurnalistlərə MSK binası qarşısında açıqlama verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı səsvermə keçirilib və komissiya üzvləri işin “tamamilə saxtalaşdırılmış” olmasına baxmayaraq, ittihamların əsaslı olduğu qənaətinə gəliblər.

Tevanyan bildirib ki, qərar yekdilliklə qəbul olunub və komissiyanın bütün 7 üzvü onun deputat toxunulmazlığının ləğvinə razılıq verib.

Qeyd edək ki, Andranik Tevanyan “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəddir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də