Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ləğv edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, ləğvetmə prosesi mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək. Bunun üçün Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyasının yaradılması tapşırılıb.

Sənədə görə, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi iki ay müddətində normativ hüquqi aktların yeni qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarının uyğunlaşdırılması və bu barədə dörd ay ərzində məlumat verilməsi nəzərdə tutulur.

Qərarda qeyd olunub ki, digər mərkəzi icra hakimiyyəti orqanları da üç ay müddətində öz normativ hüquqi aktlarını bu qərara uyğunlaşdırmalıdırlar.

Sənəd Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev tərəfindən imzalanıb və imzalandığı gündən qüvvəyə minib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də