Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kişi anasıgilə getmək istəyən arvadının burnunu qırdı

Şəkidə ər arvadını döyüb.

Hadisə rayonun kəndlərinin birində qeydə alınıb. İttiham aktına görə, kənd sakini 36 yaşlı Şərif Davudov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadına anasıgilə getməyə icazə verməyib. Bundan sonra o, qadının qohumlarını da söyüb. Yaranan mübahisə zamanı Şərif zərərçəkənin sifət və əl nahiyələrinə ayağı ilə zərbələr vurub. Nəticədə qadının burun sümüyü sınıb və o, bir sıra başqa xəsarətlər alıb.

Faktla bağlı Şərif Davudov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu, həmçinin arvadı ilə barışdığını bildirərək, məhkəmədən işə xitam verilməsini istəyib.

Zərərçəkən şəxs də ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Şərif Davudov məsuliyyətdən azad edilib.(lent.az)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də