
Rusiyanın paytaxtı Moskvada qeydə alınan anomal isti hava şəraiti son 129 ilin temperatur rekordunu qırıb.
Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, paytaxtda termometrlərin göstəricisi +30°C-yə yüksəlib. Bundan əvvəlki tarixi maksimum göstərici 20 may 1897-ci ildə qeydə alınmışdı. Həmin vaxt Moskvada hava +29.7°C-yə qədər qızmışdı.
Qeyd edək ki, mayın 19-da da Moskvada növbəti temperatur rekordu yenilənmişdi. Həmin gün paytaxtda +30.3°C isti qeydə alınmışdı ki, bu da 1979-cu ilin tarixi maksimum göstəricisindən 0.1 dərəcə çoxdur.


