
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə toxunub.
O, Rusiya Prezidenti Vladimir Putin ilə dostluq münasibətləri mövcud olduğunu bildirib.
“2018-ci ildən bu günə qədər Prezident Putinlə təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox səmimidirRusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır. Mən həm Rusiyaya, həm Prezident Putinə, həm də Baş nazir Mixail Mişustinə hörmətlə yanaşıram. Onlara demişəm ki, Ermənistan Rusiyanın maraqlarına zidd heç nə etməyib və etməyəcək”,-deyə Paşinyan bildirib.


