Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşaya qayıdanların sayı 1400-ü keçdi

Şuşaya qayıdanların sayı 1400-ü keçdi

2024-cü il mayın 10-dan indiyədək Şuşa şəhərinə 377 ailə olmaqla ümumilikdə 1411 nəfər qayıdıb.

Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən paneldə Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Onun sözlərinə görə, şəhərdə geniş quruculuq işləri davam edir:

“Şuşada 450 mənzil istifadəyə verilib. Eyni zamanda, 960 şagird yerlik məktəb fəaliyyət göstərir. Bundan əlavə, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi də tikilərək istifadəyə təqdim olunub”, – deyə Aydın Kərimov qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də