Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya gecə ərzində BU ŞƏHƏRİ 2 dəfə VURDU

Mayın 19-na keçən gecə Rusiya qoşunları pilotsuz uçuş aparatları (PUA) ilə Xarkovun Xolodnogorski və Novobavarski rayonlarına hücum edib.

Hadisə nəticəsində yanğınlar baş verib və 10-dan çox yaşayış evinə ziyan dəyib.

Hücum zamanı iki nəfər xilas edilib, daha bir nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur.

Bu barədə "RBC-Ukrayna" Xarkovun meri İqor Terexova və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

Məlumata görə, ilk zərbələr Xolodnogorski və Novobavarski rayonlarında qeydə alınıb. Novobavarski rayonunda dron mülki infrastruktur obyektinə düşüb və nəticədə yanğın qeydə alınıb. Hadisə yerlərinə dərhal müvafiq xidmətlər cəlb olunub.

Səhər saat təxminən beş radələrində ruslar Novobavarski rayonuna təkrar hücum təşkil ediblər.

Nəticədə iki fərdi yaşayış evi yanıb, ondan çox evə isə ziyan dəyib. Evlərin birindən iki nəfər xilas edilib. Onlar şüşə qırıntılarından xəsarət alan 47 yaşlı kişi və kəskin stress reaksiyası keçirən 50 yaşlı qadındır.

Hazırda digər bir nəfərin dağıntılar altında qala biləcəyi ehtimalı ilə axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntıların miqyası və zərərçəkənlərin sayı barədə məlumatlar dəqiqləşdirilir.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Novobavarski rayonunda düşmən pilotsuz təyyarəsinin zərbəsi nəticəsində 73 yaşlı qadın da kəskin stress keçirib və zərərçəkənə tibbi yardım göstərilib.

Ukrayna şəhərlərinə endirilən zərbələr demək olar ki, hər gecə davam edir. Mayın 18-də Rusiya Çerniqov şəhərinə dronlarla zərbələr endirib, nəticədə bir müəssisə və yaşayış binası vurulub.

Həmin gün ruslar Ukraynaya növbəti kombinəedilmiş zərbələr endiriblər. Hücum zamanı ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatından istifadə olunub.

Əsas zərbə Dnepropetrovsk vilayətinə düşüb, Dnepr şəhərinin yaşayış məhəllələri hədəfə alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də