Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya “Naftoqaz”ı ballistik raketlə VURDU

Rusiya qoşunları Ukraynanın “Naftoqaz” milli şirkətinin Dnepropetrovsk vilayətindəki obyektlərinə üç ballistik raketlə zərbə endirib.

Bu barədə şirkətin idarə heyətinin sədri Sergey Koretski məlumat yayıb.

Onun sözlərinə görə, raket zərbəsindən əvvəl gün ərzində və gecə boyu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə demək olar ki, fasiləsiz hücumlar reallaşdırılıb.

İlkin məlumatlara görə, zərbə nəticəsində obyektlərə ziyan dəyib və dağıntılar qeydə alınıb.

“Dəymiş ziyanın miqyasını yalnız hava həyəcanı siqnalı başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq. Ən mühümü odur ki, hazırkı dəqiqəyə olan məlumata görə, hücuma məruz qalan obyektlərin heyəti arasında xəsarət alan yoxdur”, - deyə şirkət rəhbəri bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də