Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azərkosmos”un ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlandı - FOTO

RegionTV.info 
2020-ci ildə “Azərkosmos” ASC tərəfindən dünyanın 33 ölkəsinə 45,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.
Bildirilib ki, qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.
2020-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 3,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Qurumun 2020-ci ilin yanvar-dekabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.
Qeyd edək ki, “Azərkosmos” ASC-nin ixrac etdiyi xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.
BAKU.WS

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də