Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Əsədov WUF13-də - FOTOLAR

Əli Əsədov WUF13-də - FOTOLAR

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir mayın 18-də WUF13-ün açılış mərasimi çərçivəsində Esvatini Kralı III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Zimbabvenin vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Baş nazirinin müavini Tomaş Taraba ilə görüşüb.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri və müxtəlif sahələr üzrə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də