Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT razılıq etdi - WUF13 uğurla təşkil edilib

BMT razılıq etdi - WUF13 uğurla təşkil edilib

Şəhərsalma prosesinin mərkəzində insan dayanmalıdır.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində BMT-Habitat Assambleyasının prezidenti Nga Kor Ming media nümayəndlərinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, böyük binalar inşa etmək mümkündür, amma insanlar kənarda qalır, ağrı və çətinlik içində yaşayırsa, bu, mənasını itirir. Yaxşı şəhər insanların xoşbəxt yaşadığı, təhlükəsizlik və sabitlik hiss etdiyi şəhərdir”.

Nga Kor Ming qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu ölkələr arasında birlik və konsensusun formalaşması baxımından mühüm platformadır. O vurğulayıb ki, forum yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret fəaliyyət planı və ölçülə bilən nəticələrlə yadda qalmalıdır.

Assambleya prezidenti Yeni Şəhər Gündəliyinin 20 illik qlobal plan olduğunu xatırladaraq bildirib ki, artıq bu prosesin 10 ili geridə qalıb və qarşıdakı onillikdə razılaşdırılmış hədəflərin icrası əsas prioritet olmalıdır.

“WUF13 Azərbaycanda uğurla təşkil edilib və 40 mindən çox iştirakçının qatıldığı bu forumun indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumudur”.

Nga Kor Ming onu da əlavə edib ki, builki forumda mənzil məsələsinin əsas gündəm kimi seçilməsi təsadüfi deyil:

“Ev kərpic və betonla tikilir, amma yuva ümid və arzularla qurulur. Mənzillər əlçatan, bağlantılı, dayanıqlı olmalı və sağlam icma mühiti yaratmalıdır. Yalnız bu halda biz onu sadəcə ev deyil, yuva adlandıra bilərik”, - deyə o qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də