Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib

Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan iş adamı Sahib İbrahimov müəssisədə qalmaqal yaratması, məhkumlarla mübahisə etməsi və nəticədə müəssisə rejimini davamlı pozması səbəbindən “karsa” salınıb.

Bu barədə Gununsesi.info-ya sözügedən müəssisədə saxlanılan məhkumların yaxınları bildirib.

Məlumata görə, Sahib İbrahimov sonuncu dəfə həmin cəzaçəkmə müəssisəsində saxlanılan sabiq deputat,ekologiya məhbusu Nazim Bəydəmirliyə qarşı aqressiv hərəkətlər edib.

Ayrı-ayrı insanlara qarşı dələduzluq edən Sahib İbrahimovun həbsxanada islah olunmaması artıq Penitensiar Xidmətin rəhbərliyini də hərəkətə gətirib.

Belə ki, tibb məntəqəsində qalan Sahib İbrahimovun cərimə təcridxanasından sonra daha orada saxlanmayacağı deyilir.

Qeyd edək ki, Sahib İbrahimov Diaspor Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də