Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.

“Range Rover” və “BMW 740İ” markalı avtomobillər üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.

İcra məmuru əmlakı 25 faiz endirimlə dördüncü dəfə hərraca çıxaracaq.

Əvvəl 56 min manata təklif edilən “Range Rover”in qiyməti 14 min ucuzlaşaraq 42 minə, 23 minə təklif edilən “BMW” isə 5750 manat aşağı - 17250 manata düşüb.

V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız biri - “Bentley Continental GT”ya alıcı tapılıb. 65 min manata təklif edilən “Bentley” üçüncü hərracda 6 min 500 endirimlə - 58 min 500 manata satılıb.

Qeyd edək ki, “Range Rover”i (həmin vaxt qiyməti 100 min manatdan çox idi-red) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, “BMW”ni həyat yoldaşı Cülyetta İbrahimova sürürdü.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də