
İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və digərlərinin “casusluq işi” üzrə məhkəməsi başlayıb.
Məhkəmənin ilk iclası bu gün Silivridə, 25-ci İstanbul Ağır Cinayət Məhkəməsində keçirilib.
Eyni zamanda, Əkrəm İmamoğlu və təqsirləndirilən Necati Özkanın "mütəşəkkil cinayətkar dəstə yaratmaq” ittihamı ilə bağlı digər məhkəmə prosesi bu gün digər zalda keçirilir.


