Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yəhudi icmasına hücum oldu, xəsarət alanlar var

Yəhudi icmasına hücum oldu, xəsarət alanlar var

Londonun şimalında yəhudi icmasının nümayəndələrinə qarşı hücum edilib, nəticədə üç nəfər yüngül xəsarət alıb.

Bu barədə “Scotland Yard”ın yaydığı məlumatda deyilir. Hadisə mayın 9-na keçən gecə Enfild rayonunun Sautberi-Roud küçəsində qeydə alınıb.

Şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparılıb və ona qarşı ittiham irəli sürülüb. Hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın yüngül xəsarətlər alıb. Onların əlavə tibbi yardıma ehtiyac olmadığı bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də